Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Dekabr

2017
19:08
1119
`Asiyanın ürəyi-İstanbul prosesi`nin Bakı Bəyannaməsi qəbul olunub

"Asiyanın ürəyi-İstanbul prosesi"nin 7-ci nazirlər toplantısının yekununda Bakı Bəyannaməsi qəbul olunub.

Toplantının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Əşrəf Qəni, Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan, İran xarici işlər nazirləri, bir sıra ölkələrin rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bəyannamədə, "Biz BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə dair öhdəliyimizi bir daha təsdiq etdik", - deyə Bəyannamədə bildirilir.

Toplantı iştirakçıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək öhdəliyini da bir daha qeyd ediblər.

Bəyannamədə terrorizmə, narkotik və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, qaçqınlar, beynəlxalq ictimaiyyətin Əfqanıstanda rolu, regional təşkilatlar, sülh və barışıq səyləri, regional əməkdaşlıq kimi məsələlər əksini tapıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru