Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Dekabr

2017
18:53
1062
Azərbaycan hərbçiləri mübarizdir, şərəflə xidmət edir
Bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni söyləyib

"Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik".

Bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O, Əfqanıstanın Azərbaycana hər zaman dəstək verməyə hazır olduğunu bildirib: "Biz Azərbaycana dəstək verməyə hər zaman hazırıq. Hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir".

“Bir dost və tərəfdaş ölkə kimi Azərbaycan bu inkişaf yolunda Əfqanıstanla çiyin-çiyinə dayanmaqdan fəxr edir”.

Bunu da Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib.

“Ölkələrimiz arasındakı diplomatik münasibətlərin tarixinə nəzər salsaq, hazırda əməkdaşlığımız ən yüksək səviyyədədir. Biz yaxşı tərəfdaş və dostuq. Dediyim kimi, biz cənab Prezidentlə mütəmadi qaydada görüşürük və bu, Prezident Əşrəf Qaninin Azərbaycana üçüncü səfəridir. Bunun özü bizim tərəfdaşlığımızın nə dərəcədə yüksək olmasının göstəricisidir. Bizim gözəl siyasi əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək”, - deyə o vurğulayıb.

Nəqliyyat şəbəkəsinə dair müzakirələrin də aparıldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan və Əfqanıstan irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır: “Bu gün konfrans zamanı hər ikimiz çıxışımızda Lapis-Lazuli nəqliyyat layihəsinə toxunduq. Bu, bütün iştirakçı dövlətlər üçün çox vacib layihədir. Eyni zamanda, Azərbaycan öz qonşu və tərəfdaş ölkələri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb ki, bu Asiyadan Avropaya və geriyə yeni yol açır. Bu yol mövcud olan digər marşrutlar arasında ən qısa yoldur. Beləliklə, nəqliyyat şəbəkəsinin yaradılması yalnız yeni imkanlar yaratmır, o, həmçinin inkişafa da töhfə verir. Biz öz ölkəmizdə də bunun şahidi oluruq. Hətta kənd yollarını tikəndən sonra biz dərhal istehsalda artım, bazarlara asan çıxış və inkişafın canlanmasını müşahidə edirik. Bu səbəbdən ölkələrimizin Mərkəzi Asiya və Avropa dəmir yolları şəbəkələri ilə birləşdirilməsi həqiqətən də tarixi nailiyyətdir. Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar. Bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik. Nəzərə alsaq ki, Prezident və onun həmkarları Əfqanıstanda nəhəng layihələr həyata keçirir və müəyyən planlar da mövcuddur, burada birgə biznes fəaliyyəti üçün böyük potensial var. Biz bu gün kreditlər, müqavilələr, birgə müəssisələrlə bağlı da müzakirələr apardıq və artıq qeyd etdiyim kimi, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki gündəliyimiz olduqca genişdir. Beləliklə, biz razılığa gəldik ki, müvafiq dövlət qurumları bu məsələlərlə gündəlik qaydada məşğul olacaq, mütəmadi surətdə prezidentlərə hesabat verəcəklər. Ümid edirəm ki, bizim müdaxiləmizə ehtiyac yaranmayacaq, işlər vaxtında və lazımi qaydada aparılacaq. Qarşıdan gələn dövrdə ölkələrimiz arasında iqtisadi sahədə daha da güclü əməkdaşlığın şahidi olacağıq. İqtisadi əməkdaşlığımız siyasi əməkdaşlıqla eyni səviyyədə olmalıdır. Bu, bizim məqsədimizdir”.

Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:13

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru