Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Dekabr

2017
17:02
1725
Tələbə təqaüdləri ilə bağlı YENİLİK

“Prezident İlham Əliyevin tapşırığı əsasında bir sıra təşkilatların büdcələri üzrə xərcləri artırılıb. O cümlədən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına prezident əlavəsinin tətbiqi ilə əlaqədar xərclərin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaq”.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Bakı şəhərində sahibsiz heyvanların idarə olunması probleminin həlli üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

“Bu məsələlərlə əlaqədar əlavə 3,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək.

Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari il ilə müqayisədə 11,3 milyon manat və ya 19,3% çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır”.(modern)

Məqalədə : Təhsil təqaüd 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru