Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2017
15:30
2694
Bu müqəddəs məscidi iki peyğəmbər inşa edib - FOTO

FaktXəbər-in məlumatına görə, İslamın ilk qibləsi olan "Əl-Əqsa" içində 4 böyük məscid olan müsəlmanların ən müqəddəs məkanlarından biridir. "Əqsa" sözü "ən uzaq" mənasını verdiyi və Məkkədən uzaqda yerləşdiyi üçün belə adlandırılıb. 

"Əl-Əqsa" müqəddəs Kəbə evindən sonra ən qədim məscid sayılır. İnşasına Davud (ə) peyğəmbər başlayıb və Süleyman (ə) peyğəmbər tərəfindən tamamlanıb. Bu məscid Qurani-Kərimdə "İsra" surəsində bəhs edilən məkandır: "Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!"

50 ildir İsrail rejiminin işğal altında olan Beytülmüqəddəs Qüdsdə 144 hektar əraziyə malikdir. "Əl-Əqsa" məscidi təkcə müsəlmanlar deyil, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs məkan sayılır. 

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 19:34

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status