Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Dekabr

2017
15:16
1683
Corabından gələn iyə görə həbs olundu

Hindistanda corabından gələn iyə görə sərnişin həbs olunub. FaktXeber.com-un Hindustan Times-ə  istinadla məlumata görə, hadisə sərnişinin avtobusda yol yoldaşları ilə davasından sonra baş verib. Belə ki, o, pis iy gələn corablarını çıxarıb atmaqdan imtina edib.

Bildirilir ki, 27 yaşlı Prakaş Kumar Dehlidən Darmsala gedən avtobusda imiş. Yolda Kumar ayaqqabılarını və corablarını çıxarmaq qərarına gəlib.  Digər sərnişinlər , onun corabının dözülməz iyinə etiraz edərək, Kumardan onu çantasına qoymasını, ya da atmasını istəyiblər. Gənc isə bundan imtina edib.

Bundan sonra onlar arasında dava düşür. 

Sərnişinlər sürücüyə avtobusu polis məntəqəsində saxlamağa məcbur edirlər və hüquqmühafizə orqanına Kumardan  şikayət ərizəsi yazırlar.

Kumar ictimai asayişi pozmaqda ittiham olunub. Sonradan o, zamin müqabilində azadlığa buraxılıb. Bir müddət sonra Kumarın özü avtobus sərnişinlərindən şikayət yazaraq corablarından normal iy gəldiyini və yol yoldaşlarının onunla səbəbsiz dalaşdıqlarını bildirib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru