Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Dekabr

2017
10:59
2382
Nazir nəvəsinin məhkəməsi jurnalistlərsiz keçirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq. 

Lakin məhkəmənin qapısından əsgər postunda jurnalistlər binaya buraxılmayıb. Polislər də media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmamasına rəhbərlikdən tapşırıq verilib. 

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi "Mercedes-Gelandewagen" markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda da ittiham edilir.(Qafqazinfo)

Məqalədə : Nail Allahverdiyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru