Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2017
22:10
3191
Yol polisi taksi sürücülərindən narazıdır
“Vəziyyətdən sui-istifadə edirlər”

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı hər gün artır, Xüsulidə də Bakıda... Taksilərin olması çox yaxşı haldır, qayda-qanuna riayət olunsa... Taksi sürücülərinin bəziləri avtomobillərini qadağan olunmuş yerlərdə, avtobus dayanacaqlarında saxlayırlar. Onların müştəri axtarışı şəhərdə xüsusən də pik saatlarda tıxacların yaranmasına səbəb olur. Belə iddialar da var ki, taksi sürücülərinin bu addımı atmasına yol polisi əməkdaşları göz yumur. Bəs görəsən bu iddialarda doğruluq payı nə qədərdir?

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  bu iddiaların tamamilə əsassız olduğunu deyərək, qayda pozuntusuna yol verdiyinə görə kifayət qədər taksi sürücüsü məsuliyyətə cəlb olunduğunu bildirib.

“Bu o demək deyil ki, polis taksi sürücülərinin qanunsuz fəaliyyətinə göz yumur. Şəhərdə çox sayda dayanacaq var, axı hər dayanacağın yanında bir polis əməkdaşının durması mümkünsüzdür. Taksilərin dayanacaqda və ya başqa yerlərdə durmasının qarşısını almaq üçün o sahədə qayda-qanun yaradılmalıdır. Yol polisinin cərimə yazması ilə bu iş həll olunmur”.

K.Əıiyevin sözlərinə görə, müəyyən olunmalıdır ki, Azərbaycanda konkret nə qədər taksiyə ehtiyac var və  həmin taksilərin yerləşməsi üçün xüsusi yerlər ayrılmadır.

“ Belə olduğu halda nə tıxac yaranacaq, nə də qanunsuz yolla taksi fəaliyyəti göstərənlər olacaq. Buna müvafiq təşkilatlar tərəfindən də nəzarət olunmalıdır, hər şeyi polisin üstünə atmaq düzgün deyil. Biz nə qədər əməkdaş ayırmalıq ki, taksilərlə mübarizə aparsın. Bəs bu qədər nəqliyyat sıxlığı olan yerlərdə hərəkəti tənzimləyən inspektorları biz haradan alaq? Günün pik saatlarında sıxlıq olan yol ayrıclarında işıqforun olmasına baxmayaraq hamısında yol polisi inspektorları dayanıb hərəkəti tənzimləyirlər. Polisin başının sıxlığa qarışmasından kimsə istifadə edib avtomobilini qanunla qadağan olan yerdə saxlayır, digər nəqliyyat iştirakçılarına maneçilik törədir, insanlarda da biraz vicdan olmalıdır. Hər şeyi  nəzarət, cəza ilə etmək olmaz ki... Bütün  bunlarla bağlı maarifləndirici iş aparılmaldır, media da taksi sürücülərinin bu addımları barədə tez-tez yazılar yazmalıdır ki, onlar ciddiliyin fərqinə varsınlar. Özlərinin rahatlıqları üçün bütün nəqliyyatın hərəkətinə maneə törətməli deyillər”(Modern.az)

Məqalədə : Kamran Əliyev yol polisi taksi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
123

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
150

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
94

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
101

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
172

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
112

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
143
Şərhlər
anonim tərəfindən 01-12-2017 08:35:18 tarixində yazıldı
taksi
kamran Əliyev yenə də öz repertuarındadır. Soruşan lazımdır ki, başıvı kabinetindən bayıra çıxarırısan? QAİlərin qabağında taksilər min cür pozuntu edirlər!!!! Qailər isə bilərkdən göz yumur!!!! Çünki belə tapşırılıb!!! Taksi lisenziyasını da QAİ verir. Amma hər işində olduğu kimi, normalda heç nə bacarmırlar!!!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 14:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru