Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

30 Noyabr

2017
10:32
984
Yaponiyada işıqforlarda niyə MAVİ siqnal var?

İşıqfor orijinallığa namizəd olan əşyalardan deyil. Yollarda qayda-qanun yaratmaq üçün  kreativ olmaq çətindir. Lakin yaponlar burda da fərqləniblər. FaktXeber.com-un məlumatına görə, onların işıqforu turisti çaş-baş qoya bilər. Belə ki, burda hər kəs üçün aydın olan yaşıl rəngi nadir hallarda görmək olar. Bu rəngi göy əvəzləyib.

İşıqforda qırmızı və narancı rənglə təqribən hər şey aydındır, bəs mavi siqnal olanda nə etməli? Dayanmalı, hazırlaşmalı, ya Qodzillaya yol verməli?

Xeyr hər şey bu qədər qorxunc deyil. Yaponiyada göy rəng elə yaşılı əvəzləyir. Hər şey heyrətamiz Yapon dilinə görədir. Məsələ burasındadır ki, yüz illər əvvəl onların dilində cəmi 4 rəng olub: qara, ağ, qırmızı və mavi.

Məsələn, yaşıl elə göy kimi səslənirdi: «ao». Ot rəngi ancaq XI yüzillikdə öz adını alıb - «midori» («cücərti» sözündəndir).

Bununla belə, yaşıl rəng «ao»nun bir növü hesab olunub. Bu səbəbdən texniki inkişaf əsrində anlaşılmazlıq yaranıb. İşıqforun  quruluşunu qeydiyyata alan ilkin sənədlərdə yaşıl rəng qədim ənənələrə uyğun olaraq «ao» (göy) qeyd olunub. Sənəddə olana da riayyət etmək lazımdır. Beləliklə, Yaponiyada göy rəngli siqnalı olan işıqforlar yaranıb.

1973-cü ildə hökumət vəziyyəti dəyişməyə cəhd göstərib. Beynəlxalq standartlara  uyğun olmaq və turistləri çaş-baş salmamaq, bununla belə ənənəyə də sadiq qalmaq üçün kompromis tapılıb: işıqforlarda göy rəngə maksimum yaxın olan yaşıl rəngdən istifadə olundu. Beləliklə, texniki olaraq yapon işıqforunda siqnal yaşıldır.

Ancaq bunu turistlərə başa salmaq üçün qayıtmaq lazımdır əvvələ…

Yaponiyada ilk işıqforlar belə olub

Məqalədə : işıqfor 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:33

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru