Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Noyabr

2017
13:32
600
Ümumdünya Səhiyyə Təşkilatından dəhşətli hesabat

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul və inkişaf etməkdə olan ölkələrdə satılan dərmanların təxminən 11 faizinin saxta olduğu, malyariya və sətəlcəmdən qaynaqlanan uşaq ölümlərinin böyük bir hissəsinin saxta və ya standartdan aşağı dərmanlardan qaynaqlandığını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, İngiltərənin Edinburq Universiteti ilə London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri ÜST üçün apardıqları tədqiqat zamanı dünyada 48 min dərmanı test edib, 100-dən artıq təhlili nəzərdən keçirib. Araşdırmalarda testdən keçirilən dərmanların 11 fazinin nəzarət orqanlarının razılığından keçmədiyi, keyfiyyət standartlarına cavab vermədiyi və ya içliyindəki göstəricilərlə uyğun gəlmədiyi təsdiq olunub.

Testdən keçirilən dərmanların 11 fazinin nəzarət orqanlarının razılığından keçmədiyi, keyfiyyət standartlarına cavab vermədiyi və ya içliyindəki göstəricilərlə uyğun gəlmədiyi təsdiq olunub

Saxta dərmanların təxminən 60 faizini malyariya və bakteriya infeksiyalarını müalicə edən dərmanlar təşkil edir. Yoxsul ölkələrdə hər il malyariyaya tutulan 169 min uşağın saxta və standarta cavab verməyən dərmanlardan öldüyü bildirilir.

Digər tərəfdən, saxta dərmanların ölüm riskini artırdığı bir başqa xəstəlik də sətəlcəmdir. Afrika ölkələrində saxta dərmanlara görə sətəlcəmdən əlavə olaraq hər il 116 min uşaq ölür.

ÜST 2013-ci ildə saxta və standarta cavab verməyən dərmanların aşkarlanması üçün qlobal monitorinq sistemi yaratmışdı. Sistemə aralarında ürək, şəkər, hamiləlik, ruhi xəstəliklər və xərçəng də olmaqla 1500 problemli dərman bildirişi edilmişdi.

ÜST-yə həmçinin sarı qızdırma və meningit peyvəndinə dair bildirişlər daxil olmuşdu. Məlumat bazasındakı bildiriş və məlumatlar sayəsində 2013-cü ildə Paraqvayda, bundan əvvəl də Pakistanda 60 böyüyün ölümünə səbəb olan zəhərli öskürək dərmanından içən 10 uşaq mədələri yuyularaq xilas edilmişdi.

ÜST mütəxəssisləri bu günə qədər aşkar edilən saxta dərmanların problemli dərmanların kiçik bir qismini təşkil etdiyini söyləyirlər. Təşkilat dünyada saxta dərmanlara ildə 30 milyard dollar xərcləndiyini təxmin edir.

Məqalədə : saxta dərman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru