Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Noyabr

2017
11:38
588
Tillersondan Türkiyəyə İran və Rusiya xəbərdarlığı
ABŞ Suriya prosesindən kənarda qalmasını həzm edə bilmir

Vaşinqtonda yerləşən "Wilson Center" adlı düşüncə mərkəzində keçirilən görüşdə iştirak edən ABŞ dövlət katibi Reks Tillerson Amerika xarici siyasətindən Türkiyə-Amerika əlaqələrinə qədər bir çox mövzuda açıqlamalar verib. Türkiyənin önəmli bir müttəfiq olduğuna işarə edən Tillerson, "bir NATO müttəfiqimiz olaraq Türkiyədən ittifaqın birgə müdafiəsini ilk surada saxlamasını istəyirik. İran və Rusiya Qərb cəmiyyətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları Türkiyə cəmiyyətinə verə bilməz", - deyib.

FaktXəbər-in məlumatına görə, Suriya problemində "Cenevrə prosesi" müzakirələrinə üstünlük verdiklərini ("Cenevrə prosesi" ABŞ-ın nəzarətində olan və Suriyada baş verən qətliamlarda birbaşa əli olan qruplaşmaların toplantısıdır) vurğulayan Tillerson, Bəşşar Əsədin bu ölkənin gələcəyində rolunun olmadığı şəklindəki mövqelərindən dönmədiklərini təkrarlayıb.

Tillerson daha sonra bildirib ki, Tehrana qarşı Avropa ölkələrinin də dəstəyini gözləyirlər. O, "Avropalı tərəfdaşlarımızdan İranın addımlarına qarşı bizimlə birgə dayanmalarını istəyirik. İran Qərb prinsiplərlə uyğun deyil. Nə ABŞ, nə də Avropa bir başqa Şimali Koreya görmək istəmir", - deyə bildirib.

Ukrayna məsələsində Rusiyanın siyasətlərini tənqid edən Tillerson, "Avropalı dostlarımız ilə son dövrdə dirilən Rusiya təhdidini müşahidə edirik. Buna görə də ABŞ Avropadakı müdafiə öhdəliklərini gücləndirib", - söyləyib.

Xatırladaq ki, Suriyada illərdir davam edən qətliamın əsas baiskarı olan ABŞ və tərəfdaşları müharibənin başa çatması üçün heç bir şey etmədi. Əksinə, terrorçulara hər cür dəstəyi verərək Suriyada hakimiyyət devrilməsinə cəhdlər göstərdi. Rusiya və İranın birbaşa müdaxiləsi ilə İŞİD terror şəbəkəsinin Suriyada və İraqda ələ keçirdiyi ərazilər geri alındıqdan sonra isə ABŞ kürdləri silahlandırmağa və münaqişəni yeni məcrada davam etdirməyə cəhdlər göstərir. Rusiyanın Soçi şəhərində keçirilən və Suriyanın gələcəyi ilə bağlı keçirilən Rusiya-İran-Türkiyə zirvəsinə isə ABŞ dəvət olunmadı. Belə bir önəmli prosesdə açıq-aşkar kənarda qoyulmasını isə görünür ABŞ həzm edə bilmir. Məhz bunun nəticəsidir ki, Türkiyəyə verilməsi nəzərdə tutulan F-35 döyüş təyyarələri barədə də hədələr səslənməkdədir.

Məqalədə : Tillerson 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru