Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2017
09:13
Bakıda iki zenit top mərmisi tapılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Bakıda top mərmisinin tapılması ilə bağlı məlumat yayıb.

FaktXəbər-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində 2 ədəd zenit top mərmisinin aşkarlanması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər.

Müəyyən olunub ki, mərmilərdən biri təlim-tədris təyinatlıdır, digəri döyüş tətbiqinə yararlıdır. Əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkarlanmayıb. Mərmilər zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əməliyyat başa çatıb. ​

***

02.12

Noyabrın 27-si, saat 22:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə  (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 10 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olunması barədə məlumat daxil olub.

ANAMA-dan daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin nümayəndələri dərhal həmin əraziyə göndərilib.

Agentliyin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin  və Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə həmin ərazidə avtopark ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə : ANAMA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4996

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3398

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2702

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2243
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 23:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru