Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 Noyabr

2017
08:20
633
Diabetik xoraları müəyyən edən cihaz

Ümumdünya Səhiyyə Təşkilatının 2014-cü ildə apardığı araşdırmaya əsasən dünya boyu 400 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Diabetin fəsadlarından biri ayaqda xoraların yaranmasıdır. Əgər müalicə olunmasa bu, ayağın amputasiyası və hətta bir çox halda ölümlə nəticələnə bilər. Lakin Britaniyada inkişaf etdirilən yeni skanner xoraların qarşısını almağa çalışan həkimlərə xoralarla bağlı mühüm xəbərdarlıqlar edə biləcək.

Dfirst adlanan bu skanner cihazı diabeti olan insanların ayaqlarında qaynar nöqtələri axtarır.

Bu qaynar nöqtələr iltihab yerləridir və ayaq xoralarına gətirib çıxara bilər. Müalicə olunmayan xoralar diabeti olan insanlarda amputasiyaların başlıca səbəbidir.

“Təəssüf ki, amputasiya olunan insanların 50 faizi iki il, 80 faizi isə beş il ərzində dünyasını dəyişir”, deyə Milli Fiziki Laboratoriyadan Robert Simpson bildirir.

Diabetik sinir xəsarəti insanın ağrını hiss etmək qabiliyyətinə təsir göstərir.

Bir çox pasient xoraları erkən mərhələlərdə hiss etmir.

Skanner iltihabın olduğu yerləri qırmızı göstərir.

“Bunun içində termik kamera var. Bu kamera temperaturla güclü əlaqəsi olan infraqırmızı şüaya qarşı həssasdır və temperatur xəritəsi hazırlayır”, Simpson deyir.

Diabeti olan insanların 25 faizinin ayaqlarına xoraların çıxacağı təxmin edilir. Bu, bütün dünyada böyük bir problemdir və Britaniyada amputasiyaların artmasına səbəb olub.

“Hər həftə 140 nəfər, yəni hər bir saatdan bir bir nəfər amputasiya olunur. Bunların 80 faizinə səbəb ayaqdakı problemlər olur. Şəxsi perspektivinizdən baxsanız, xoralarınız varsa və siz doqquz ay boyunca yatağa bağlı qalacaqasanız, ya da amputasiya olacaqsanızsa, bunun sizin həyatınıza böyük təsiri ola bilər”, deyə Simpson söyləyir.

Bu yaxınlaradək həkimlər bu qaynar nöqtələri bütün ayağı yoxlaya bilməyən skannerlərlə axtarırdılar.

“Hazırda Birləşmiş Krallıqda təxminən 100 min insanın xorası var. Onlarda əlavə xoraların yaranma ehtimalı çox yüksəkdir. Bizim onlar üçün həyatlarını dəyişəcək nə isə etməyimiz çox vacibdir”, Simpson deyir.

Dfirst-in bu versiyası iki ildir sınaqdan keçirilir və onu tərtib edənlər smartfon ölçüsündə bir məhsul təqdim etməyə ümid bəsləyir. 

Məqalədə : diabet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru