Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Noyabr

2017
16:14
1587
Vəkillik qiymətləri iki dəfə artıb
Fərhad Mehdiyev: “Etiraf edək ki, hamı 1000 manat pul tapa bilmir”

Milli Məclis Ali Məhkəmənin təşəbbüsü ilə “Vəkillik və vəkillik fəaliyyəti haqda qanun”a düzəlişləri təsdiq edib. Bundan sonra mülki və inzibati işlər üzrə məhkəmələrdə fiziki şəxslər, ancaq peşəkar vəkillərlə - Vəkillər kollegiyasının üzvləri ilə təmsil oluna bilər. 

FaktXeber.com məsələ ilə əlaqədar hüquqşünas Fərhad Mehdiyevdən münasiət öyrənib.

Ekspertin sözlərinə görə, bu məsələni sistematik qiymətləndirmək lazımdır: 

«Əslində nümayəndəlik tam ləğv edilmir. Mən yenə məhkəməyə kiminsə adından şikayət ərizəsi yolaya bilərəm. Ancaq hüquqi təmsil deyilən bir şey var. Yəni hüquqi təhsili olmayanlar məhkəmədə kimisə təmsil etmə hüququndan məhrum olurlar».

Fərhad Mehdiyev bildirdi ki, beynəlxalq praktikada nümayəndələrin təmsil etmədiyi ölkələr var: 

«Məsələn qonşu Türkiyədə nümayəndəlik deyilən bir şey yoxdur, ancaq vəkil çıxa bilər məhkəməyə. Dərhal vurğulayım ki, Türkiyədə 1000 nəfərə bir vəkil düşdüyü halda bizdə 11 min nəfərə 1 vəkil düşür. Burda söhbət nisbətdən gedir. Bundan başqa, Türkiydə hər şəhərin özünün Vəkillər Kollegiyası var. Orda uzun müddət heç imtahan da olmayıb. Universiteti qurtarıb birbaşa Vəkillər Kollegiyasına üzv olurdular. İndi-indi imtahan haqqında danışrlar. İngiltərədə vəkil də var, nümayəndə də. Amerikada bir çox ştatlarda cinayət işinə vəkil çıxır, inzibati işlərdə nümayndə çıxa bilir. Demək istəyirəm ki, bu məsələlər ehtiyaca görə nəzərə alınmalıdır. Kifayət qədər vəkil varmı, adambaşına neçə vəkil düşür?..» 

Hüquqşünas əslində belə şeyə etiraz eləmədiyini dedi: «Hüquqi təmsili hüquq fakültəsinin diplomu olan şəxslərə verilməlidir.  Ən azı bilirsən ki, bunun şhüquqi təhsili, universitetdən bakalavr diplomu var, müəyyən dərəcədə hüquqi ixtisasa sahibdir deməkdir. Bunu qəbul eləmək olardı. Nümayəndədən soruşuram ki, qanun qüvvəyə minəndən sonra neyləyəcəksən? Deyir, mənim razılaşdığım vəkillər var, mən müştərini qəbul edəcəm, işini hazırlayacam, aparacam vəkilə. Vəkil sadəcə məhkəmədə çıxış edəcək. Qiymətlər isə dərhal iki dəfə artır. Yəni əvvəllər məsələn, 500 manata görülən iş indi 1000 manat olacaq.

F.Mehdiyev bunun əhaliyə təsirinə gəlincə isə sadə camaatın bundan sonra sadəcə ərizə yazdırmaqla kiyəatələnəcəyini proqnozlaşdırdı: «Vəkil üçün müştəri aparan hüquqşünasın yanına gələcək, deyəcək mənə ya iddia, ya appelyasiya ərizəsi yaz. Etiraf edək ki, hamı 1000 manat pul tapa bilmir».

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutu daha peşəkar - vəkillik institutu ilə əvəzlənib, vəkillik institutu daha da gücləndirilib.

Sənədlərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik belədir: “69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir”;

Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Sənədlərə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.

Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dəyişikliklər məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

Məqalədə : Fərhad Mehdiyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru