Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Noyabr

2017
12:07
642
Alimlər xərçəngdən qorunma üsullarından danışdılar

Xərçəng xəstəliyinə yoluxma hallarının 40 faizi  zərərli vərdişlər və həyat tərzi ilə əlaqədardır. Bu səbəbdən xəstəliyin qarşısını almaq mümkündür. FaktXeber.cm-un məlumatına görə, Amerika Onkoloji Cəmiyyətinin  ekspertləri bu qənaətə gəliblər.

Onlar bildirirlər ki, xərçəng xəstəliyinə yoluxmada ən böyük risq siqaret çəkməklə əlaqədardır – bütün onkoloji xəstəliklərin 19 faizi və ölümlərin 29 faizi bununla əlaqədardır.

Artıq çəki ilə bağlı bu göstərici 7 faizdir və 6 faizi ölümlə nəticələnir.

Bundan başqa içki içmək, ultrabənövşəyi şüalara məruz qalmaq və fiziki aktivliyin aşağı olması da xərçəng xəstəliyinə gətirən vəziyyətlərdəndir.

Araşdırmada bu faktorların xərçəng xəstəliyinin 26 növü ilə əlaqəsi analiz edilib. Göstərilən şəraitdə  tibb işçiləri ən çox ağ ciyər və yoğun bağırsaq xərçənginin inkişafı risqini göstəriblər.

Araşdırma müəlliflərinin fikrincə, zərərli vərdişləri tərk etmək, balanslaşdırılmış qidalanma və fiziki aktivlik  xərçəngin qarşısını ala bilər. Bundan başqa tibb işçiləri bu xəstəliklə əlaqədar mütəmadi müayinəni məsləhət görürlər.

Qeyd edək ki, bundan əvvəl amerikalı alimlər  xroniki alkoqolizmin və hətta az miqdarda mütəmadi içki qəbulunun  xərçəngin eyni anda bir neçə növünə – o cümlədən  döş, boğaz, qida borusu, qara ciyər və başqa orqanların xərçənginə gətirdiyi barədə xəbərdarlıq etmişdilər.

Məqalədə : xərçəng 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru