Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2017
11:18
3315
“Qarabağın azadlığı islam ümmətinin vəhdətindən keçir”

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İran İslam Respublikasında təşkil edilən “Beynəlxalq Əhlibeyt sevərlər və təkfirçilər“ – adlı konfransa qatılıb.

İslaminSesi xəbər verir ki, konfransa dünyanın müxtəlif müsəlman ölkələrindən ruhani alimlər, siyasi xadimlər, təşkilat rəhbərləri və media nümayəndələri qatılıblar. AİP sədr əvəzi Hacı İlham Əliyevdən əlavə konfransda ölkəmizi QAT sədri Akif Nağı, ruhani alim Hacı Vasif Nəftullayev, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, ilahiyyatçı-alim Əlizaman Əliyev təmsil ediblər.

Konfransda çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev qeyd edib ki, mövcud zamanda islam ümmətinin vəhdəti hər şeydən öndə olan ən mühüm vacib məsələdir. Bu günlərdə İŞİD tipli terror təşkilatları üzərində olan qələbələrin məhz vəhdətə görə ən yüksək formada baş tutduğunu söyləyən Hacı İlham Əliyev, “Qarabağ, Fələstin və Qüds kimi müsəlman torpaqlarının işğaldan azad edilməsi də məhz müsəlmanların vəhdəti ilə mümkün olacaq. Vəhdətimiz də mehvəri də əziz islam peyğəmbəri(s) və onun Əhli-Beytidir(ə). İslam ümmətində müxtəıif məzhəblərin olmasına baxmayaraq bütün məzhəblər hamısı Əhli-Beyt(ə)-ın məhəbbətini özlərinə vacib biliblər” – deyə bildirib.

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

May
14:01
ÖLKƏ
1147

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
90

Günün qarşılaşmaları TV AFİŞA

22

May
12:30
İDMAN
993

Kolleclərə qəbul üzrə minimal ballar

22

May
12:22
ELM / TƏHSİL
583
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru