Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Noyabr

2017
10:00
885
Ərdoğan: Əgər sübut etsələr, postumdan gedərəm

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, müxalifət onun korrupsiya faktını sübut edər və xarici banklarda hesabını aşkar edərsə öz səlahiyyətlərindən imtina edəcək.

"Əgər sizdə faktlar varsa, onları ortaya qoyun. Mən də cavab verəcəyəm. Əks halda mənə böhtan atdığınızı qəbul edin və üzr istəyin. Qoy sübut etsinlər ki, hansı xarici bankda Ərdoğanın hesabı var. Əgər sübut edə bilməsələr, onda siyasətdən getsinlər. Əgər sübut etsələr, onda mən öz postumdan istefa verərəm",-deyə Türkiyə dövlət başçısı CHP lideri Kamal Kılıçdaroğlunun ittihamlarına cavab verərəkən vurğulayıb.

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:26

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru