Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2017
12:12
BNA sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərib. 

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Məktubda daşıyıcılara avtobusların daim işlək vəziyyətdə saxlanılması, xüsusilə qış mövsümü nəzərə alınaraq bir sıra zəruri tədbirlər yerinə yetirilməsi tapşırılıb.

"Daşıyıcılar “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 141 nömrəli qərarına və BNA-nın tələblərinə əsasən, müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər. Belə ki, sürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumlyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər) həmçinin istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir. 

Daşıyıcılar sürücüləri mütəmadi olaraq sürüşmə ehtimalı olan yol səthlərində, buzlu döngələrdə, körpü və yol ötrücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri və baş verə biləcək hadisələrin qarşısının alınması üçün öncədən tədbirlərin görülməsi ilə bağlı mütəmadi olaraq məlumatlandırmalı, həmçinin maarifləndirmə işləri aparmalıdır", - deyə məktubda qeyd olunub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43290

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41583

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43224

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42677

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48214

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42741

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43159
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 09:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru