
FaktXəbər-in verdiyi məlumata görə, metroda cibgirliklə məşğil olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisənin təfərrüatları ilə bağlı verilən məlumatda deyilir ki, noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət ediblər.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyən edilib və elə həmin gün saat 20.10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında o “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib.
Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib.
Maddi sübut kimi götürülmüş həmin mobil telefonların İmişli rayon sakini O.Əliyevə və Bakı şəhər sakini olan Ə.Səlimovaya məxsus olduğu müəyyən edilib.
Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
Aprel
İrana qarşı sanksiyaları dəstəkləyən ABŞ jurnalistləri ölkəyə buraxılmaya bilər
20
Aprel
Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
20
Aprel- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi
- 19-04-2021 12:30 Azərbaycanda nə qədər insan taksidən istifadə edib?
- 19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
- 19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 19-04-2021 10:58 Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu
- 19-04-2021 09:19 Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir - FOTO
- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI
- 17-04-2021 10:20 Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
- 16-04-2021 16:29 Bağçalarda 2 milyonluq yeyinti məlumatları haqda - Rəsmi açıqlama
- 16-04-2021 16:21 Azərbaycandan deportasiya olunan əcnəbilərin sayı açıqlanıb
- 16-04-2021 16:06 MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı
- 16-04-2021 15:18 Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər varsa... - VİDEO