Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

24 Noyabr

2017
15:17
1227
Dağlara 40 sm qar yağıb - VİDEO

Şimal-qərb bölgəsi bu gün ilk qarı qarşılayıb. FaktXəbər-in ARB TV-yə istinadən xəbər verir ki, havaların kəskin soyuması ilə əlaqədar dağlıq və dağətəyi ərazilərə xeyli qar yağıb. Bəzi ucqar kəndlərə gediş-gəliş çətinləşib.

Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə ilk qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm arasında dəyişir.

Qarın yağması rayon sakinləri, uşaqlarla yanaşı, bura gələn turistlərin də sevincinə səbəb olub.

Lakin qar ziyansız ötüşməyib. Yağmış güclü qar nəticəsində rayonun Laza və Duruca kəndlərinə gediş-gəlişdə müəyyən problemlər yaranıb.

Ərazidə Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon 10 saylı yol istismarı MMC-nin texnikaları yolların qardan təmizlənməsi işini aparır.

Şamaxının dağ kəndləri də ağ örpəyə bürünüb. Məlhəm, Çuxuryurd, Dəmirçi, Pirqulu, Sis və digər kəndlərə 6 sm qalınlığında qar yağıb. Qarın yağması xüsusilə uşaqların hədsiz sevincinə səbəb olub.

Qaxın Sarıbaş kəndinə 22 sm, Oğuzun Baş Daşağıl kəndinə 4 sm, Şəkinin Kiş kəndinə isə 3 sm qalınlığında qar yağıb. Yağıntılı hava şəraitinin noyabr ayının 25-ə dək davam edəcəyi, dağlıq ərazilərdə şaxta olacağı, yolların buz bağlayacağı proqnozlaşdırılır.

Məqalədə : qar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru