Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2017
14:36
10645
MTN generalı Eldar Mahmudovun ŞOK CİNAYƏTİNİ AÇIQLADI

Prosesdə Elçin Quliyev zərərçəkmişlərin çıxışına münasibət bildirib. O, möhkəm səslə qeyd edib ki, bu işdə heç bir günahı yoxdur: "Mən özümü təqsirkar bilmirəm. Çünki mənim heç bir günahım yoxdur. Cinayət törətməmişəm".

Zərərçəkmiş Mətləb Mustafayevin həbs edilməsinə münasibət bildirən general deyib ki, bunun sifarişini məhz nazir özü edib: "Eldar Mahmudov prokurorluqla razılaşdıraraq, Mətləbin evinə tapança qoydurub, həbs etdirib".

Zərərçəkmiş Mətləb Mustafayev də bildirib ki, Elçin Quliyev  ötən prosesdə çıxış edərək Eldar Mahmudovun onunla görüşmək istədiyini deyib: "Çıxışında açıqca dedi ki, Eldar Mahmudov vəzifədən azad olundan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Bundan başqa, Elçin Quliyev həbsxanada intihar edən İlqar Əliyevdən danışdı. Elçin çıxışında İlqarın ona zəng edərək, vəkil istədiyini dedi".

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Elçin Quliyevin vəkili müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını və mülklərindən həbsin götürülməsini tələb edib.

Polkovnik Azər Mehdiyevin vəkili də  çıxış edərək bəraət istəyib.

Məhkəmə general Elçin Quliyevə və polkovnik Azər Mehdiyevə son sözlə çıxış etmək üçün 3 gün vaxt verib.

Proses  noyarbın 27-də davam edəcək.

**

12:26

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin hamısı çıxış edib.

Zərərçəkmiş Xalıq Sadıxovun vəkili Adəm Məmmədov mülki iddalarının təmin olunmasını istəyib. O, prokurorun tələb etdiyi cəza ilə razı olduğunu bildirib.

Digər zərərçəkmişlər də mülki iddialarının təmin olunmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxışa başlayıb.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adıçəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.(lent.az)

Məqalədə : Eldar Mahmudov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
2891

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1509

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1331

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
41

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
974

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1206

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
988
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 12:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru