Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

24 Noyabr

2017
14:07
840
Sabah Bakıətrafı ərazilərdə sulu qar yağacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-11° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti qeydə alınacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 25-də arabir güclənən xəzri küləyinin 26-da gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. 

Məqalədə : sulu qar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru