Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2017
11:32
Bakı metrosunda qatar QAPISI AÇIQ hərəkət etdi – VİDEO

Ötən gün “Qarabağ” - “Çelsi” oyunundan dönən azarkeşlər metroda həyəcanlı anlar yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib. 

FaktXeber.com-un məlumatına görə, hadisə şahidi Cavid Cavadovun Bizimyol.info-ya verdiyi məlumata görə, vaqonun qapısı açıq ola-ola qatar hərəkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, dünən gecə bu hadisənin “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 10 saylı marşrut üzrə hərəkət edən qatarda baş verdiyi aydın olub:

“Hazırda məsələ araşdırılır. Aydın görünür ki, qatarın qapısında nasazlıq olub. Çünki qatarın son vaqonunun sadəcə qon qapısı açıq qalıb. Qalan bütün qapılar bağlı olub. Əslində təlimat var ki, qatar tuneldə hərəkətdə olarkən maşinistin qatarı saxlamağına qəti yol verilmir. Yəni qapıda problem olanda belə qatar növbəti stansiyaya qədər hərəkət etməlidir. Həmin stansiyada əgər nasazlıq aradan qaldırılırsa, qatar hərəkətini davam etdirə bilər. Əks halda sərnişinlər boşaldılmalı və qatar xətdən çıxarılmalıdır. Hazırda hadisənin baş vermə səbəbləri və ondan sonrakı hərəkətlər araşdırılır”.Bizimyol.info

Məqalədə : Bakı metrosu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
117

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
200

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

16

Aprel
14:12
İQTİSADİYYAT
215

Azərbaycan nefti bahalaşıb

16

Aprel
11:31
İQTİSADİYYAT
250

Ramazan ayı özünü qaydaya salmaq ayıdır

16

Aprel
11:20
MƏNƏVİYYAT
240

DYP-dən sürücülərə MÜRACİƏT

16

Aprel
11:13
ÖLKƏ
610
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-04-2021 21:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru