Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2017
10:26
1704
Robinyoya 9 il həbs cəzası verildi

FaktXəbər-in verdiyi məlumata görə, Braziliya millisinin sabiq üzvü Robinyo barəsində 9 il həbs cəzası çıxıb. Ulduz futbolçu Milanda karyerasını davam etdirərkən qadına təcavüz etməkdə təqsirli bilinib.

"Real Madrid", "Mançester Siti" və "Milan" kimi klublarda top qovan Robinyo 22 yanvar 2013-ci ildə alban mənşəli bir qadına təcavüz edib.

9 illik hökmə baxmayaraq İtaliya ədliyyə sistemində qərarı dəyişmək üçün etiraz hüququ var. Bu səbəbdən də braziliyalı futbolçuya barəsində çıxan hökm etiraz prosesləri başa çatana qədər tətbiq olunmayacaq.

33 yaşlı futbolçu hazırda ölkəsi Braziliyada "Atletico Mineiro" formasını geyinir.

Məqalədə : Robinyo 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 20:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com