Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

24 Noyabr

2017
10:02
990
İraq Baş Nazirindən ABŞ-a sərt xəbərdarlıq
"Heç kəsə icazə verməyəcək ki, İŞİD terror qruplaşması ilə döyüşənləri terrorçu adlandırsın"

FaktXəbər-in İraq mətbuatına istinadən verdiyi məlumata görə, İraqda bir neçə ay əvvəl korrupsiyaya qarşı mübarizə çərçivəsində çıxış edən İraq baş naziri Heydər əl-İbadi yenidən sərt açıqlamalar verib.

İraq baş naziri Heydər əl-İbadi həftəlik mətbuat konfransında, "İŞİD-ə təqdim etdiyimiz iki variantı - "təslim olmaq", ya da "ölmək" variantını sizlərə də təqdim edirik. Korrupsionerlərə iki variant tanıyırıq. Birincisi oğurladıqları pulları təslim etmək, ikincisi isə, bu insanlara həyatlarının geri qalanını həbsdə keçirmələri variantıdır." - deyə bildirib.

O, daha sonra ABŞ-ı da sərt tənqid edib.

ABŞ dövlətinin İraqın "Nücəba" hərəkatını "terrorçu təşkilatlar" siyasına salmasını və döyüşçülərini terrorçu adlandırmasını tənqid edən əl-İbadi, "heç kəsə icazə verməyəcək ki, İŞİD terror qruplaşması ilə döyüşənləri terrorçu adlandırsın. İŞİD-lə döyüşənlər hamısı iraqlı idi. Kənardan heç kim gəlməyib. Terrorçularla döyüşənləri mühakimə etməyə heç kimin haqqı yoxdur və buna icazə verməyəcəyəm", - deyə vurğulayıb.

Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru