Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

24 Noyabr

2017
09:34
957
ABŞ-da `qara cümə` bazarlığı başlayıb

ABŞ-da vətəndaşların bütün il səbirsizliklə gözlədiyi və güzəştli mübadilələrin bütün ölkəyə yayıldığı "qara cümə" (Black Friday) satışları keçirilir.

ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü qeyd olunan "Minnətdarlıq günü"ndən (Thanksgiving Day) sonra baş verən həyata keçirilən "qara cümə" satışları bu il yenə cümə axşamından başlayıb.

FaktXəbər-in yerli mediaya istinadən məlumatına görə, ölkənin ən böyük pərakəndə satış zənciri olan "Walmart"ın Nyu-Cersi ştatındakı mağazasında təxminən min nəfər satışların başlaması üçün yerli vaxtla 18.00-dan  (Azərbaycan saatı ilə 03.00) növbəyə durub.

Elektron məhsullar mağaza zənciri "Best Buy"ın Nyu-Cersi ştatındakı şöbəsində də 700-ə yaxın insan soyuq havaya baxmayaraq mağazanın qarşısında növbə gözləyib.

Güzəştlərdən faydalanmaq üçün hər iki mağazanın qarşısında uzun növbələr gözləyən istehlakçıların ən çox üstünlük verdiyi məhsul televiziyadır. Bundan sonra oyun aparatları, mobil telefonlar və planşetlər gəlir.

ABŞ Milli Pərakəndə Satış İttifaqının (NRF) açıqlamasına görə, "qara cümə" 115 milyon insanın alış-veriş etməsi ehtimal olunur.

Məqalədə : qara cümə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:33

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru