Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

24 Noyabr

2017
09:11
762
Kolumbiyada 3 nəfər hava limanında 640 min dollarla yaxalandı

Kolumbiyadakı El Dorado Hava Limanında ölkəyə təxminən 640 min Amerika dolları ilə girməyə çalışan 3 nəfərin yaxalandığı bildirilib.

Kolumbiya Miqrasiya İdarəsindən verilən yazılı açıqlamada, paytaxt Boqotadakı hava limanında ölkəyə yüz minlərlə dollarlıq əskinaslarla girməyə çalışan ikisi kolumbiyalı, biri meksikalı 3 nəfərin yaxalandığı bildirilib.

FaktXəbər-in məlumatına görə, açıqlamada bildirilir ki, aeroport işçiləri ölkəyə giriş üçün növbə gözləyən biri qadın olmaqla iki kolumbiyalının davranışlarından və bədənlərindəki şişkinliklərdən şübhələndikdən sonra onları gözləmə otağına aparıblar.

Onların üstləri axtarıldıqda kürək və qarın hissələri ilə ayaqlarına bürüdükləri 440 min dollardan artıq pul ələ keçirilib və şübhəlilər saxlanılıb.

Açıqlamada həmçinin qeyd edilir ki, Meksika əsilli bir nəfərin də çantasındakı xüsusi bölmədə təxminən 200 min dollarla yaxalanıb və o da saxlanılıb.

Məqalədə : aeroport 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru