Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
20:38
885
Rusiyada döyülən azərbaycanlı tələbə öldü

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə : cinayət 
Mövzu üzrə xəbərlər
Şərhlər
anonim tərəfindən 24-11-2017 06:05:27 tarixində yazıldı
tələbə ölümü
Nə vaxta qədər Rusiyada öldürülən azərbaycanlılara qarşı Azərbaycan nümayəndəliyi tərəfindən belə laqeydlik davam edəcək? Nə üçün Rusiya DİNə, XİNə notalar verilmir? Nə üçün B izim ağzı dolu jurnalistlər bu vəsələni qabartmırlar. Çeçen öldürülsəydi çeçenlər 100 rusu qırmışdılar. Bizim binamus "avtoritetlər" ancaq özlərini qırırlar....
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru