Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
16:14
624
Ermənistan ordusunda daha iki cinayət

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində daha 2 cinayət hadisəsi qeydə alınıb.

FaktXeber.com-un "Report"a istinadla məlumatına görə, hər iki hadisə nəticəsində xəsarət alanlar var.

Belə ki, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular - Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.

Başqa bir hadisə zamanı hərbi qulluqçu Rafik Xaçaturyan əsgərlər tərəfindən döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində dava baş verib. Hadisə zamanı xəsarət alanlar olub.

Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.

İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən düşmən ordusunun hərbi hissələrində qarşılıqlı münasibətlərin pozulması zəmnində daha 3 cinayət hadisəsi də baş verib.

Məlumata görə, Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verən dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb.

Xocəvənd rayonu ərazisində yerləşən hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib.

Baş verən cinayət hadisələri valideyinlərdən və hüquq mühafizə orqanlarından gizlədilir.

Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru