Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2017
16:03
Gələn il üç Günəş tutulmasını izləyə biləcəyik

FaktXeber.com-un məlumatına görə, gələn il üçün Azərbaycanda müşahidə ediləcək Günəş tutulmalarının sayı açıqlanıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Report”a açıqlamasında deyib ki, 2018-ci ildə ölkədə üç Günəş tutulması hadisəsi qeydə alınacaq.

O bildirib ki, budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq: “Yəni bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq. Üç Günəş tutulmasından ikisi Cənub, biri isə şimal yarımkürəsində müşahidə olunacaq. Gələn il üçün Günəşdə tam tutulma baş verməyəcək. Günəşin maksimum 70 faiz hissəsi tutulacaq”.

X.Mikayılov qeyd edib ki, ilk Günəş tutulması fevralın 15-də baş verəcək: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək. Yəni tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

İkinci Günəş tutulması iyulun 13-ü saat 05:48:23-də qeydə alınacaq. Tutulmanın maksimumu 07:01:05-də, sona çatması isə 08:13:44-də olacaq. Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antarktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə də, demək olar ki, insanlar yaşamır.

Üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq: “Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək”.       

Məqalədə : Günəş tutulması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru