Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
14:07
798
Ərdoğanın şəxsi həkimindən DƏRMAN AÇIQLAMASI

Türkiyənin Tibb Elmləri Universitetinin rektoru və prezident Tayyib Ərdoğanın xüsusi həkimi Cövdət Erdöl dərmanların "halal olmayan" töhfələr daşıdığını və inancları təhdid etdiyini söyləyib.

FaktXəbər-in Türkiyə mediasına istinadən məlumatına görə, bəzi kosmetik vasitələrdə və dərmanlarda donuz dərisi və sümüklərinin yer aldığını, bəzi dərmanlarda isə spirtli vasitələrdən istifadə edildiyini söyləyən Erdöl, bəzi mədəniyyətlərdə istifadə edilməsi dini cəhətdən və ictimai baxımdan qadağan olan maddələrin həyatdan çıxarıldığı kimi, tibbdən da çıxarıldığını vurğulayıb.

Erdöl bunun ən bariz nümunəsinin İslam inancı ilə formalaşan tibb anlayışında müşahidə edildiyini söyləyərək deyib: "Ölkəmizdə ərzaq və dərman sənayesində intensiv şəkildə Qərb ölkələrində istehsal edilən jelatindən istifadə edilir və bu məhsulun əsas alınma mənbələri içərisində iqtisadi və texniki cəhətdən bəzi üstünlüklərinə görə donuz dərisindən və sümüklərindən yararlanırlar. Halal olmayan kimyəvi tərkibli dərman və tibbi cihazların müsəlmanlar tərəfindən istehlak edilməsi narahatlıq yaradır və bu vəziyyət genlərimizi, ənənələrimizi, inancımızı təhdid edir. Bu həyati məsələ zərurət anlayışından çıxarılmamalı və tez bir zamanda halal dərman, halal tibbi ləvazimat məsələsində öz variantlarımızı inkişaf etdirməliyik".

Məqalədə : dərman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru