Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2017
12:04
Allahşükür Paşazadə Qarabağdan danışıb
"Münaqişə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"

"MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz".

Bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll olunmadığını xatırladan şeyxülislam bu münaqişənin Sovet İttifaqının süqutunun, postsovet məkanında separatizmin, millətlərarası qarşıdurmanın başlanğıcı olduğunu söyləyib: "Biz Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyirik. Moskva və bütün Rusiyanın patriarxı əlahəzrət Kirillə Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində və bu münaqişənin dini müstəviyə keçməməsində göstərdiyi vasitəçiliyi görə minnətdarıq".(apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Allahşükür paşazadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 16:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com