Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
11:58
1272
Bank Ombudsmanı ilə bağlı yeni qərarlar olacaq

Yaxın gələcəkdə Bank Ombudsmanı ilə bağlı bir sıra yeni qərarlar qəbul ediləcək. Bunu Bakıda keçirilən II Bankçılıq Forumunda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, qeyri-neft sektorundan gələn gəlir dövlət büdcəsinin formalaşması üçün kifayət deyil: “Ona görə də, hələ dövlət büdcəmiz neft və qaz gəlirlərindən asılı olacaq”.

Deputat deyib ki, bankların birləşməsi onların bağlanmasından daha əhəmiyyətlidir: “2001-ci ildə Türkiyənin bank sektorundakı proses birdən birə baş verməyib. Bizdə də bu proses indi başlayıb və bunun bitməsi üçün bir müddət lazımdır. Təbii ki, buna həm də dəstək lazımdır”.

V.Əhmədov deyib ki, Azərbaycanın bank sistemi hazırda böhran vəziyyətindədir: “Biz nə qədər rəqəmlər göstərsək də, etiraf etmək lazımdır ki, bank sistemi böhrandadır. Hesab edirəm ki, bank sistemini sağlamlaşdırmaq üçün hökumət əlavə vəsait ayırmaldıır. Hər bir bank "Paşa Bank", "Kapital Bank" deyil. Burada başqa balaca banklar da var. Onların isə kapitallaşmaya köməyə ehtiyacı var”.(Report)

Məqalədə : Bank Ombudsmanı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru