Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
11:19
1152
İstanbulda qətliam törədən çeçen Tiflisdə zərərsizləşdirildi - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyədə ötən il "Atatürk" hava limanında törədilən qətliamın təşkilatçılarından biri Gürcüstanın paytaxtı Tiflisdə zərərsizləşdirilib. Bu barədə "Habertürk" agentliyi məlumat yayb.

Ötən gün 17 saat davam edən əməliyyatdan sonra Tiflis şəhərinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektindəki yaşayış binasında öldürülən 3 terroçudan biri Əhməd Recepoviç Çatayev olub. "Tək qol" ləqəbli Əhməd Recepoviç Çatayev adamları ilə birgə Türkiyədən Gürcüstana qaçaraq çeçen əsilli Aslanbek Cəbrayılov adına qeydiyyatda olan dairəyə yerləşmişdi. 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti dünən terrorçulara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 3 terrorçu zərəsizləşdirilib, biri sağ ələ keçib, eyni zamanda xüsusi təyinatlı dəstənin iki üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb.

Qeyd edək ki, 28 iyun 2016-cı ildə yerli saatla 21:22-də İstanbuldakı "Atatürk" hava limanının 2-ci terminalında üç yaraqlı tərəfindən terror aktı törədilmişdi. Hadisə zamanı 3 terrorçu da daxil olmaqla 47 nəfər ölmüş, 238 nəfər yaralanmışdı.

Məqalədə : Tiflis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru