Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
11:04
612
Millət vəkilini həmkarının mühafizəçiləri öldürdü

Somalidə deputat  Muhammed Əbdi Guled həmkarı Mahmud Abuukatın mühafizəçiləri tərəfindən öldürülüb. FaktXeber.com-un Haberler-ə istinadla məlumatına görə, hadisə paytaxt Moqadişuda  Parlament binasında baş verib. 

Mühafizəçilərin açdığı atəş nəticəsində ağır yaralanan Guled tibbi müdaxilələrə baxmayaraq, xilas edilə bilinməyib.

Hadisə ilə əlaqədar parlamentari Abuukate mətbuata açıqlama verib: “Millət vəkili Guledin  maşını arxadan bizimkini vurdu və təhlükəsizlik heyəti ondan dayanmasını istədi. Lakin o, bunun yerinə  tapançasını çıxararaq mühafizəçilərimi ona atəş açmağa məcbur etdi».

Bununla belə, Mahmud Abuukate mühafizəçilərin deputatı səhvən vurduğunu iddia edib.

Hadisə ilə əlaqədar mühafizəçilər saxlanılıb.

Məqalədə : Somali 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:13

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru