Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
10:55
1149
Fransa XİN: Biz `Dağlıq Qarabağ`ı tanımırıq

"Bizim mövqeyimiz aydındır. Fransa "Dağlıq Qarabağ"ı tanımır".

Bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə "Report"un sorğusuna verilən cavabda qeyd edilib ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.  

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib. 

Məqalədə : Dağlıq Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru