Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
10:19
705
Rusiyalı senator 5 milyon avroya azadlığa çıxdı

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya Federasiya Şurasının üzvü, iş adamı Süleyman Kərimov 5 milyon avro müqabilində zaminə buraxılıb. Bu barədə "Ria Novosti" agentliyi məlumat verib. 

Bildirilir ki, Fransanın Nitsa şəhər Prokurorluğu Süleyman Kərimovu azadlığa buraxsa da, bir neçə şərti yerinə yetirməyi rusiyalı senatorun qarşısına şərt kimi qoyub.

Belə ki, S.Kərimov istintaqın sonunadək Fransanı tərk edə bilməz. Bundan başqa, o, Rusiya pasportunu təhvil verməli, həftədə bir neçə dəfə polisə gəlməli və beş milyon avro girov pulu ödəməlidir. Rusiyalı senatora adları açıqlanmayan bəzi şəxslərlə də ünsiyyət qurmaq qadağan edilib.

Qeyd edək ki, Süleyman Kərimov noyabrın 20-də axşam saatlarında Nitsa hava limanında saxlanılaraq polis məntəqəsinə aparılıb. O, külli miqdarda vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur. 

Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru