Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
09:56
855
ABŞ hərbçiləri səudiyyəli şahzadələrə işgəncə verib

FaktXəbər-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında dövlət elitasının nümayəndələri, o cümlədən şahzadələrə istintaq zamanı işgəncə edilib. Bu barədə "Daily Mail" qəzeti yazıb.

Nəşrin iddiasına əsasən, Səudiyyə Ərəbistanında korrupsiya ilə mübarizə çərçivəsində saxlanılan şahzadələr döyülür, təhqir olunur və müxtəlif növ işgəncələrə məruz qalıblar. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə sayları 40-a yaxın  nüfuzlu şəxslər korrupsiya adı ilə həbs olunub. Onların arasında kral ailəsinin üzvləri, keçmiş nazirlər, hərbçilər və sahibkarlar var.

Məlumata görə, səudiyyəli şahzadələrdən malik olduqları pulları almaq üçün "Blackwater" hərbi şirkətinin varisi olan "Academi" mühafizə idarəsinin hərbçiləri işgəncələri həyata keçirib.

Məqalədə : Səudiyyə Ərəbistanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:48

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru