Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Noyabr

2017
17:07
879
Ayətullah Xamenei: `Bu, təkcə İŞİD-ə yox, ABŞ-a endirilmiş zərbə idi`

“Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.

İranın Azərbaycandakı səfirliyindən FaktXəbər-ə verilən xəbərə görə, bunu Ali lideri Ayətullah Seyid Əli Xamenei general Qasim Süleymaninin məktubuna cavabında deyib.

O bildirib ki, bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına deyil, ABŞ-ın əvvəlki və indiki hökumətlərinə, həmin hökumətlərin bu qruplaşmanı regionda təsis etmiş, öz çirkin hökmranlıqlarını Qərbi-Asiya regionuna yaymaq və qəsbkar sionist rejimi burada hökmran etmək üçün dəstəyini əsirgəməyən rejimlərə endirilmiş zərbədir.

Ayətullah Xamenei hərbi qüvvələrə baş verə biləcək yeni həmlələrə qarşı yenə də hərtərəfli hazırlıqlı olmağı tövsiyə edib: “Bu xəbis planı hazırlamış şəxslər sakit durmayacaq, onu bu regionun başqa bir yerində və ya başqa bir şəkildə yenidən həyata keçirəcəklər. Hərtərəfli hazırlıqlar unudulmamalıdır”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymani İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı Ali liderə ünvanladığı məktubunda İŞİD-in Əbukamaldakı məğlubiyyəti nəticəsində terror təşkilatının bayrağının endirilib, yerinə Suriya bayrağının dalğalandırılması ilə bu murdar və çirkin yaradılışın sona çatdığını bildirib.

Məqalədə : Ayətullah Xameneyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru