Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Noyabr

2017
16:12
780
Şəxsiyyət vəsiqələrinin tam yenilənməsi üçün çox xərc lazımdır - RƏSMİ

2014-cü il yanvarın 1-dən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələri verilməli idi. Bu vəsiqələrdəki elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilər yer alacaq.

Məsələnin həlli ildən-ilə keçirilir. Ötən həftə qanunvericiliyə edilən dəyişiklik yeni nəsil şəxsiyyət vəsiqələri verilməsini 2019-cu il yanvarın 1-nə saxlayır. Noyabrın 17-də Milli Məclisin iclasında çıxış edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ləngimə bu sahədə texniki problemlərlə əlaqədardır.

Novator.az saytı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək texniki problemlərin konkret nələrdən ibarət olması ilə maraqlanıb. İdarənin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən məsələ haqqında hansısa məlumata malik olmadıqları bildirilib.

Hüquqşünas Əyyub Kərimov Novator.az-a deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilməsində ləngimə maliyyə problemləri və gələn il keçiriləcək prezident seçkisi ilə bağlı ola bilər: “Şəxsiyyət vəsiqələrinin tam yenilənməsi üçün çox xərc lazımdır. Bundan başqa yeni vəsiqələrə xüsusi elektron daşıyıcılar (çiplər), barmaq izi və digər biometrik göstəricilər həkk olunmalıdır. Bütün yeniliklərin tətbiqi və işlək olması üçün zaman lazımdır.

Digər tərəfdən qarşıda seçki ili var. Vətəndaş təcili şəkildə şəxsiyyət vəsiqəsini yeniləməyə məcbur edilə bilməz. Prosesin yarıda olduğu bir dövrdə seçkinin keçirilməsi isə səsvermə zamanı problem yarada bilər. Vətəndaşların bir qismi təzə, digər qismi köhnə vəsiqələrlə səs verə bilməz. Bu, dolaşıqlıq və problem yaradar. Ona görə hökumət çətinlikləri nəzərə alaraq prosesin yubadılmasına qərar verib”.

Məqalədə : Şəxsiyyət vəsiqəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru