Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Noyabr

2017
15:45
681
Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyada "Çerkizov" bazarının sabiq sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib. Bu barədə "Life" agentliyi məlumat yayıb.

Bildirilir ki, rusiyalı iş adamı Provansda məskən salmaq niyyətindədir.

Məlumat görə, Telman İsmayılov Fransa xüsusi xidmət orqanları ilə söhbətində bildirib ki, onda Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat var. Əgər ona sığınacaq verilərsə, onda bu məlumatı Fransa ilə bölüşəcək.

Qeyd edək ki, T.İsmayılov və onun qardaşları Vaqif və Rafiq İsmayılovlar Rusiyada ticrət mərkəzləri komplekslərinin sahibi Vladimir Savkin və "Lyublino-Motors" mərkəzinin rəhbəri Yuri Briloevin güllələnməsində ittiham olunurlar. Bu hadisə 2016-cı ildə Novorijsk şosesində baş verib. İsmaylov qardaşlarına qarşı ifadəni isə Mehman Kərimov adlı killer verib.

Məqalədə : Telman ismayılov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru