Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Noyabr

2017
10:39
1014
Beyin qocalığının səbəbi müəyyənləşib

Vaşinqtonda beyin təhlili üzrə Allen İnstitutunun araşdırmaçıları belə qənaətə gəliblər ki, beyin qocalması və koqnitiv bacarıqların azalması neyrobirillyar qovşaqların yaranması ilə nəticələnən lövhələrin yığılması, həmçinin genlərin fəaliyyətinin dəyişməsi ilə əlaqədardır. FaktXeber.com-un məlumatına görə, bu barədə MedicalXpress saytında bildirilib. 

Alimlər 65-90 yaş arası 107 yaşlı adamın  beyin nümunələrini analiz ediblər. Sinir hüceyrələrini  sarı tioflavin-T boyası ilə rənglənməsi sayəsində çoxlu sayda amiloid lövhələrin – Alzeymer xəstəliyinin inkişafına səbəb olan beta-amiloidlərin peptidlərinin toplanmasını və protein liflərnin (neyrobril qovşaqların) dolaşmasını üzə çıxarıb. Yaş nə qədər çox idisə, onun sinir hüceyrələrində o qədər çox lövhə görünüb.

Lakin amiloid lövhələrin olduğu bütün xəstələrdə ağıldan kəmlik görülməyib.

Genlərin  ekspressiya təhlili göstərib ki, ağıldan kəmlik, DNT fəallığının yaşla bağlı dəyişməsi ilə əlaqədardır. Belə ki, mitoxondriləri (hüceyrələri enerji ilə təchiz edir) idarə edən genlər öz fəallıqlarını itirirlər.

Məqalədə : beyin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru