Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Noyabr

2017
09:54
1362
Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda alimlik dərəcəsi alan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, ölkədə elmlə ardıcıl şəkildə məşğul olmağa kişilər qadınlardan daha çox maraq göstərirlər. Belə ki, ölkədə həm fəlsəfə doktoru, həm də elmlər doktoru dərəcəsi alanların arasında kişilər çoxluq təşkil edir. Bu fərq elmlər doktoru dərəcəsi üzrə daha çox nəzərə çarpır.

Məlumatlardan aydın olur ki, qadınların çoxu fəlsəfə doktoru olduqdan sonra elmlər doktoru olmaq üçün çalışmır.

2014-cü ildə 5678 kişi, 3901 qadın, 2015-ci ildə 6375 kişi, 5314 qadın, 2016-cı ildə 6426 kişi, 5448 qadın, 2017-ci ildə 6359 kişi, 5179 qadın fəlsəfə doktoru dərəcəsi alıb.

Elmlər doktoru dərəcəsinə gəldikdə, 2014-cü ildə 1920 kişi, 331 qadın, 2015-ci ildə 2072 kişi, 438 qadın, 2016-cı ildə 2079 kişi, 416 qadın, 2017-ci ildə 2067, 453 qadın elmlər doktoru dərəcəsi alıb.

Məqalədə : alim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru