Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
20:55
1707
6 məsciddən oğurluq edən quldur dəstə saxlanıldı - VİDEO

Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğurluq edən cinayətkar dəstəni zərərsizləşdirib.

FaktXəbər-in ARB TV-yə istinadən məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının RPŞ-yə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğurluq edən şəxslərin rayon sakinləri Kamran Musa oğlu Muradov, Tural Lelimad oğlu Lelimadovun və Mehman Nizami oğlu Gəncəyevin olması məlum olub.

Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib.

İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyevin bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi ziyan vurması müəyyən edilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq məddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə : oğurluq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 06:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com