Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
19:53
1554
Jirinovski bu addımı altıncı dəfə atacaq

Rusiyanın Liberal Demokrat Partiyası yekdilliklə partiya sədri Vladimir Jirinovskinin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. 

FaktXəbər-in məlumatına görə, bu barədə Dövlət Dumasında LDP fraksiyasının iclası zamanı liberal demokrat vitse-spiker İqor Lebedev bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının qocaman deputatlarından biri kimi Vladimir Jirinovski beş dəfə (1991, 1996, 2000, 2008 və 2012-ci il) prezident seçkilərində iştirak edib.

Vladimir Volfoviç Jirinovski (10 iyun 1964-ci ilə kimi Eydelşteyn) 1946-cı il aprelin 25-də Qazaxıstanın Almatı şəhərində anadan olub. 2001-ci ildən Dövlət Dumasında LDP fraksiyasının lideridir.

Məqalədə : Jirinovski 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 22:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com