Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
19:41
2079
Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ləğvi təklif edilib

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumlar bəzən Azərbaycanın lazım olmayan yerlərdə səfirliklərinin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.

O qeyd edib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyət bərpa olunsun”.

S. Novruzov gələn ilin seçki ili olduğunu nəzərə alaraq, siyasi partiyalara maliyyə vəsaitinin artırılmasını da təklif edib. 

Məqalədə : səfirlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru