Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
17:53
582
Azərbaycanın müdafiə naziri: Ermənistan terrorizmi dəstəkləyən ölkədir

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri, briqada generalı Salim Əl-Şamsi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyətə toxunan Zakir Həsənov Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikamızın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.

Ölkələrimiz arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğu görüşdə qeyd olunan sahələrdə münasibətlərin inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edilib. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də Azərbaycan-BƏƏ əməkdaşlığının genişləndirilməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, eləcə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfə verəcək.

Məqalədə : Zakir Həsənov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru