Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
16:01
Hökumətdən ümidverici açıqlama

"Ötən dövrdə makroiqtisadi sabitliyin təmin olunması, valyuta rejiminin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib".

FaktXəbər-in verdiyi məlumata görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb.

"2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb. 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi proqnozlaşdırılıb" - nazir bildirib.

Mustafayevin sözlərinə görə, 2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir: "Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, "Şahdəniz-2" layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir".

"Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub" - nazir bildirib.

"Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur" - deyə o, əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şahin Mustafayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 19:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com