Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
15:49
756
Daha bir avtobus marşrutunda dəyişiklik - VİDEO

31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bu barədə Faktxeber.com-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək:

“Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.

M.Ağayevin sözlərinə qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

Məqalədə : avtobus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru