Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
12:37
813
Gülləri tozlandıran robot `arı` hazırlanıb - VİDEO

Qərbi Virciniya Universitetindən olan araşdırmaçılar arıların funksiyasını yerinə yetirəcək tozlandırıcı robotlar hazırlayıblar. Eksperiment zamanı  robotlar QR kodla işarələnmiş gülləri «tozlandırıb» . Məsələ burasındadır ki, o, hələ kolda gülləri seçə bilmir.

Çarpaz tozlanma – bitkilərin çoxalmasının əsas üsullarından biridir. Belə tozlanma zamanı  həşəratların, əsasən də arıların köməyi ilə bir gülün tozcuğu o biri gülə qoyulur. Lakin son zamanlar dünyada müxtəlif səbəblərdən arıların sayı durmadan azalır. Gələcəkdə bu, ciddi problemlə nəticələnə və bir çox bitkilərin nəslinin kəsilməsinə gətirə bilər.

Bundan qaçmaq üçün Qərbi Virciniya Universitetinin  alimləri istixanalarda  çarpaz tozlanma ilə məşğul ola biləcək  robot arıların  layihəsini hazırlayıb.

Lakin robotlar hələ ki, koldakı gülləri seçə bilmir. Bu səbəbdən alimlər bir neçə QR kod hazırlayıb. Sistem onları görür, oxuyur və tozlanma üçün tələb olunan  davranışları həyata keçirir.

Məqalədə : robot 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 08:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru