Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
12:41
4734
Telman İsmayılovdan sonra hədəf Mübariz Mənsimov oldu

FTX əslən azərbaycanlı milyarder Mübariz Mənsimov barəsində araşdırmaya başlayıb

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik İdarəsi Türkiyədə yaşayan Azərbaycan əsilli milyarder Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupu barəsində araşdırmalara başlayıb. Bu barədə "Russia Today" məlumat yayıb. 

Bildirilir ki, "Palmali" şirkəti Rusiyada 1 mlrd. rubl vergidən yayınmaqda ittiham olunur. Bundan başqa, şirkət külli miqdarda pul vəsaitinin xaricə çıxarılmasını təşkil etməkdə təqsirləndirilir. 

Buna qədər "Palmali" Şirkətlər Qrupunun Rostov bölməsinin direktoru Aleksey Mixelev barəsində cinayət işi  qaldırılıb. İstintaqın məlumatına görə, o, su nəqliyyatı ilə yük daşınmasından əldə edilən gəlir haqqında bilərəkdən yalan məlumatlar təqdim edib. 

Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupu (ingiliscə:Palmali Group of Companies ) - Türkiyədə 1998-ci ildə qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupudur.

Forbes”-in dəyərləndirməsinə görə, “Palmali”nin sahibi Mübariz Mənsimovun sərvətinin 1 milyard 100 milyon dollara bərabərdir. M.Mənsimov Türkiyənin 100 ən varlı adamının arasında isə 21-cidir.

Xatırladaq ki, noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru